media-08
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva vətəndaşlarla görüşüb
21 yanvar 2026-cı il tarixində Culfa rayon Ərəzin kəndində vətəndaşlarla növbəti görüş keçirildi.
Görüşdən öncə Ulu Öndər Heydər Əliyevin, 20 yanvar və 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Ərəzin kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tağıyev Sərxan və kənd sakinləri iştirak edib.
Görüş zamanı ümumilikdə 30 nəfər vətəndaş iştirak edib, 17 nəfərin müraciəti birbaşa qəbulda dinlənilmişdir. Müraciətlər əsasən işsizlik və məşğulluq, yol-nəqliyyat məsələləri, sosial müdafiə, enerji daşıyıcıları və su təchizatı ilə bağlı olmuşdur.
Qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq tapşırıqlar verilmiş, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilmiş və nəzarətə götürülmüşdür.
Ərəzin kənd sakinləri dövlət tərəfindən görülən işləri yüksək qiymətləndirmiş, kənd ərazisində aparılan quruculuq bərpa işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirmişlər.
Vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, açıq dialoqun təmin edilməsi və qaldırılan problemlərin həlli istiqamətində tədbirlərin görülməsi bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəkdir.
media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08

media-728x90banner

Bənzər xəbərlər