Ülviyyə Həmzəyeva Naxçıvanda seçicilərlə görüşdü
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Naxçıvanda seçicilərlə görüşdü.
XALQ.AZ məlumat verir ki, millət vəkili növbəti vətəndaş qəbulu keçirib. Seçicilərlə görüş zamanı vətəndaşlar öz problemlərini, qayğılarını və onları narahat edən müxtəlif məsələləri deputata çatdırıblar.
Deputat bildirib ki, müraciətlər araşdırılması üçün müvafiq qurumlara təqdim olunur. Bəzi müraciətlər Naxçıvan şəhər İcra Hakimiyyəti və digər orqanlar tərəfindən yerindəcə həll olunur.














