Ülviyyə Həmzəyeva Naxçıvanda vətəndaşların müraciətlərini həll etdi
Milli Məclisin deputatı Ülviyy Həməzyeva vətəndaşlarla görüşüb.
XALQ- ın xəbərinə görə deputat bildirib ki, Naxçıvan şəhərinin Qaraçuq kəndində vətəndaşlarla növbəti görüş keçirildi. Təşkil olunan görüşdə Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iştirakı ilə vətəndaşların müraciətləri dinlənildi və qaldırılan məsələlər ətraflı müzakirə olundu.
Müraciətlər əsasən sosial yönümlü, elm və təhsil, səhiyyə, eləcə də ekoloji problemlərlə bağlı olmuşdur.
Görüş zamanı səsləndirilən bəzi məsələlərin operativ şəkildə həllinə baxıldı. Digər müraciətlərin isə müvafiq araşdırmalardan sonra aidiyyəti qurumlar qarşısında qaldırılması üçün zəruri tədbirlər görüldü.
Vətəndaş məmnunluğunun təmin olunması və onların hüquqlarının etibarlı müdafiəsi qanunverici fəaliyyətimizin əsas istiqamətlərindən biri olmaqla, daim diqqət mərkəzində saxlanılır.



















