Ülviyyə Həmzəyeva seçicilərin müraciətlərini dinlədi
Vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılması məqsədilə 2025-ci ilin noyabr ayı üçün təsdiqlənmiş qəbul cədvəlinə uyğun olaraq, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Babək rayonunun Sirab kəndində növbəti görüşü keçirilib
XALQ xəbər verir ki, görüş kənd Mərkəzində keçirildi və Yeni Azərbaycan Partiyası (YAP) Babək Rayon Təşkilatının sədr muavini Elvin Əliyev də görüşdə iştirak edib.
Millət vəkili qeyd edib ki,vətəndaşları ümumi olaraq və ayrı-ayrılıqda dinlədikdən sonra, müraciətlərin mahiyyəti və həlli üçün real imkanlar ətrafında müzakirələr apardıq. Qaldırılan məsələlərlə bağlı lazım olan hallarda yerində aydınlıq gətirildi, digər müraciətlərin icrası üçün aidiyyəti dövlət qurumlarına müvafiq olaraq yönləndirildi.
Sirab kənd sakinləri ilə görüş zamanı əsasən aşağıdakı məsələlər diqqətə çatdırıldı:
– TIR -yük nəqliyyatı üçün parklanma sahəsinin olmaması, kənd ərazisində ciddi sıxlığın və
təhlükəsizliklə bağlı narahatlıqların yaranması.
– Tez-tez səslənən mövzulardan biri, Bakı-Naxçıvan yük nəqliyyatının gömrükdə uzun növbələrdə saxlanılması.
– Kənd tibb ambulatoriyasının bağlanması nəticəsində sakinlərin ilk tibbi yardım üçün böyük çətinliklərlə üzləşməsi. Xüsusilə yaşlı, uşaqlar və xəstə sakinlər üçün. (Bu məsələyə nəqliyyat məsələsi də daxildi).
– Kənd sakinlərinin Sirab zavodunun kəndə yaxın ərazidə yerləşməsinə baxmayaraq digər bölgələrdən işçi qüvvəsi cəlb edilməsi, kənd sakinlərin – gənclərin işə qəbul edilməməsi məşğulluq məsələsinə dair əsas narazılıqlardan biri kimi qeyd olunub.
Sakinlər kənddə gənclərin işlə təmin edilməsini istəyirlər. Belə olan halda gənclər kənddə qalıb, burada yaşamağa üstünlük verəcəklər.
– Yeni gətirilən iki mikroavtobusun marşrut xəttinə buraxılmaması, ictimai nəqliyyatın yetərsiz qalmasına səbəb olduğunu vurğalayan kənd sakinləri, dərsə, işə gediş-gəlişdə, kəndin uzaq bölgəsində yaşayan sakinlərin çətinlik çəkdikləri bildirildi.
– Təhsil sahəsində yaranan müəyyən narahatlıqlarla bağlı məsələlər qaldırılmışdır.
– Kənd yollarının yarımçıq asfaltlanmasının bir çox məhəllələrin yenə də çətin keçilən vəziyyətdə olmasına səbəb olduğunu və bu işin tam yekunlaşdırılmasını xahiş ediblər.
– TIR sürücülərinə yüksək vergi borcu hesablanması və bu məsələnin onların onsuzda çətin həyatının çətinləşdirməsini dilə gətiriblər.
– Kəndin yuxarı hissəsində su nasosunun olmaması, içməli və suvarma suyunun fasilələrə verilməsinə səbəb olur. Bu səbəbdən həmin ərazidə yaşayan sakinlər su təminatında ciddi çətinlik çəkirlər.
– Sahibkarlığın inkişafına bəzi maneəlirin olması qeyd olunub.
Görüş zamanı “Konstitusiya və Suverenlik ili” elan olunması xüsusi olaraq vurğulanıb. Siyasi və tarixi əhəmiyyətinə toxunulub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu ən böyük siyasi təşkilat-Yeni Azərbaycan Partiyası bu gün Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edir.
Vurğulanıb ki, Azərbaycan güclü, demokratik və hüquqi dövlət olaraq vətəndaş rifahını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və məqsəd vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Sirab kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, partiya sədrinin müavini Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
***
Həmçinin Vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılması məqsədilə 2025-ci ilin noyabr ayı üçün təsdiqlənmiş qəbul cədvəlinə uyğun olaraq, Babək rayonunun Araz kəndində Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva görüş keçirib.
Millət vəkili bildirib ki, qəbul kəndin İnzibati Ərazi Dairəsində keçirildi və kəndin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəriman Hüseynov da görüşdə iştirak edib.
Deputat qeyd edib ki, vətəndaşları ümumi olaraq və ayrı-ayrılıqda dinlədikdən sonra, müraciətlərin mahiyyəti və həlli üçün real imkanlar ətrafında müzakirələr erdik. Qaldırılan məsələlərlə bağlı lazım olan hallarda yerindəcə aydınlıq gətirərək, digər müraciətlərin icrası üçün aidiyyəti dövlət qurumlarına müvafiq olaraq hazırlayıb yönləndirdik.
Araz kənd sakinləri ilə görüş zamanı əsasən aşağıdakı məsələlər diqqətə çatdırılıb:
– Kənd yeni olduğundan, sakinlərdən birinin evi əsas yoldan kənarda olması, xususi olaraq yağıntı zamanı keçilməz olur. Vətəndaş aidiyyətı qurumlara müraciət etsədə, yola baxılmayıb və nə çınqıl nə də asfalt örtüsü verilməmişdir. Bu isə həmin ailənin gündəlik hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmaqdadır.
– Vətəndaşlara İşsizlik müraciəti üzrə, tərəfimizdən araşdırma aparılmış və istiqamət verilmişdir.
– Nehrəm qəsəbəsində yeni tikilmiş evlərə qaz çəkilməməsi, həmin məhəlləyə ana qaz xəttinin aparılmaması ilə bağlıdır. Bu məsələ təkcə müraciət edən sakinin deyil, həmin ərazidə yaşayan bir neçə ailəni də əhatə edir.
– Kanalizasiya və su xətlərinin qapaqlarının asfalt örtüyünün altında qalması ilə bağlı müraciət edilmiş və gələcək təmir və xidmət işlərinin aparılması çətinliyinə diqqət çəkilmişdir. Bu problem kəndin ümumi kommunal xidmət keyfiyyətinə təsir göstərməkdədir.
– Uşağının xəstəliyi səbəbindən əlillik dərəcəsi ala bilməyən sakinin müraciəti yerində araşdırılıb, müvafiq qurumlarla əlaqə saxlanılıb və ailəyə zəruri istiqamət verilmişdir.
Qaldırılan bu və digər məsələlər diqqətlə qeydiyyata alınıb və icrası üçün proses başladılıbdır. Mütəmadi görüşlər problemlərin birbaşa yerində öyrənilməsi və operativ həllinə imkan yaradır.
Beləliklə Araz kəndi sakinlərinin müraciətləri əsasən yol, qaz təminatı və sosial məsələlərlə bağlı olub.
Görüş zamanı “Konstitusiya və Suverenlik ili” elan olunması xüsusi olaraq vurğulanıb. Siyasi və tarixi əhəmiyyətinə toxunulub. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu ən böyük siyasi təşkilat-Yeni Azərbaycan Partiyası bu gün Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm nailiyyətlər əldə edir.
Vurğulanıb ki, Azərbaycan güclü, demokratik və hüquqi dövlət olaraq vətəndaş rifahını daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə həyata keçirilən islahatlar ölkə rəhbərliyinin xüsusi nəzarətindədir və məqsəd vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdır.
Araz kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevə, eləcə də Birinci vitse-prezident, partiya sədrinin müavini Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.


























