media-02

XALQ xəbər verir ki, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Babək rayonunun Nəhəcir kəndində seçicilərlə növbəti görüş keçirib.

Görüş zamanı kənd sakinləri onları narahat edən sosial-məişət problemlərini deputatın diqqətinə çatdırıblar. Müraciətlər əsasən yol infrastrukturu, su təchizatı, məşğulluq, sosial müdafiə, ekologiya və yerli idarəetmə sahələrini əhatə edib.

Səsləndirilən məsələlərin diqqətlə dinlənildiyi, araşdırılması və həlli istiqamətində nəzarətə götürüldüyü bildirilib. Vətəndaşlara müraciətlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alındığı və aidiyyəti qurumlara göndərildiyi qeyd olunub.

Görüşdə ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində genişmiqyaslı abadlıq və quruculuq işlərinin davam etdiyi vurğulanıb. Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişafına mühüm töhfələr verir. Həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədinin vətəndaş rifahının yüksəldilməsi olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan bu gün regionda mühüm mövqeyə malik güclü və hüquqi dövlət kimi inkişaf edir və əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Nəhəcir kənd sakinləri çıxışlarında son illərdə kənddə aparılan abadlıq və yenidənqurma işlərindən razılıqlarını ifadə ediblər. Sakinlər kənd yolunun əsaslı şəkildə bərpasını, yeni asfalt örtüyünün çəkilməsini və elektrik xətlərinin yenilənməsini bölgələrə göstərilən dövlət qayğısının nümunəsi kimi dəyərləndiriblər.

Kənd ağsaqqalları və sakinlər göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

media-04

media-01 media-02 media-03 media-04


media-728x90banner

Bənzər xəbərlər