Ülviyyə Həmzəyeva seçicilərlə müraciətlərini dinlədi
Millət vəkili Ülviyyə Həməzyeva seçicilərlə görüşdü.
XALQ məlumat verir ki, millət vəkili Culfa şəhərinin Gülüstan kəndinə sakinlərlə növbəti görüş keçirildi.
Görüşdə Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva onlayn olaraq, YAP-nın Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Gülüstan kənd İcra nümayəndəsi Abdinov Ümid, Culfa Rayon İcra Hakimiyyəti baçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsul katibi Möhbalızadə Vüsal Feyzulla oğlu və deputat köməkçisi Araz Xudiyev iştirak ediblər. Qəbulda 18 nəfər kənd sakini iştirak edib.
Sakinlərin müraciətləri əsasən ümumi məsələlər olub. Onlardan ən əsası suvarma suyunun gec verilməsi, bələdiyyə torpaqlarının icarəyə verilməsi, kənddə məscidin və xeyir-şər evinin tikintisinə ehtiyac olduğu da bildirilib. Vətəndaşların fərdi problemləri də dinlənilib. Ümumi və fərdi qaydada olan müraciətlər qeydə alınaraq, müvafiq qurumlara baxılması üçün göndərilib.