Ülviyyə Həmzəyeva vətəndaşlarla görüşdü
Millət vəkili Ülviyyə Həmzəyeva vətəndaşlarla görüşüb.
XALQ-a millət vəkili bildirib ki, 1 aprel 2026-cı il tarixində Naxçıvan şəhər Tumbul kəndində vətəndaşlarla görüş keçirdik.
Keçirilən növbəti vətəndaş qəbulunda sakinlər tərəfindən qaldırılan məsələlər əsasən sosialyönümlü olub. Hər vətəndaş dinlənilib və qeydiyyata alınıb. Müraciətlər əsasən torpaq mülkiyyəti, səhiyyə, sosial yardım, məşğulluq, pensiya, əlillik dərəcəsi ilə bağlı olub.
Hər bir müraciət diqqətlə dinlənildi, bəzi məsələlər yerində izah edildi, digər problemlərin həlli istiqamətində isə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı bildirildi.
Tərəfimizdən, vətəndaşların rifahının yüksəldilməsi yönündə, müraciətlərinə operativ yanaşma göstərilməsi hər zaman prioritet məsələlərdən olaraq diqqət mərkəzində saxlanılır.
***
Həmçinin millət vəkili Babək rayonu Qahab kəndində vətəndaşlarla növbəti görüş keçirildi.
Görüş zamanı kənd sakinlərinin müraciətləri diqqətlə dinlənilərək qeydiyyata alındı. Sakinlər əsasən sosialyönümlü və ümumi xarakterli məsələlərə toxunaraq, xüsusilə su təchizatı və enerji daşıyıcıları ilə bağlı problemləri önə çəkdilər. Bildirildi ki, kənddə hazırda bəzi evlərdə su təminatı mövcud deyil.
Məsələ ilə bağlı yerindəcə əlaqə saxlanıldı və Babək rayon Su İdarəsinin əməkdaşının iştirakı ilə vəziyyətə aydınlıq gətirildi. Problemin aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyi qeyd olundu.
Bununla yanaşı, vətəndaşlar sosial müavinətlərin təyin olunması, əlillik dərəcəsinin verilməsi, nəqliyyat (dayanacaq), yol infrastrukturu, bəzi evlərin su çəkməsi və digər sosial məsələlərlə bağlı müraciətlər etdilər.