84

 

Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim   heyəti Prezident İlham Əliyevə müraciət ünvanlayəblar 

Müraciəti olduğu kimi təqdim edirik

     

Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları  barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq  GDU-nun rektoru Yusif Yusibov” burda mənəm, Bagdadda  kor  xəlifə” prinsipini  üstün  tutub.Buraxılış və bəzi  kursların  yay imtahan  sessiyasını  yığılmış  rüşvətin  həcminə  görə  uğurla başa çatdıran Yusif  Yusibov  tərəfindən dekanlara ciddi şəkildə  tapşırıq verilib, bütün fakültələr  üzrə  pul  əvvəlcədən yığılır.Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. «Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil» Dekanlar pullari yığib bu işə təhkim olunmuş prorektor Asif Cavadova təhvil verirlər.  Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu.Asif Cavadov hələ 39 saylı Gəncə şəhər Kəpəz seçki dairəsində işləyən zaman prezident seçkiləri zamanı ulu öndər H.Əliyevin əleyhinə təbligat aparırdı.Həmin seçkilər vaxtı  LALƏ ŞÖVKƏT  hər dəfə Gəncəyə gələndə Asif müəllimin evində gecələyirdi.Maraqlıdır, Yusif  Yusibov tərəfindən” Psixologiya” kafedrasına müdir təyin olunan Zümrüd Şirinovanı(Asif Cavadovun həyat  yoldaşı) Lalə Şövkətlə hansı sıcaq münasibətlər bağlayır ?Dünən Heydər Əliyevin əleyhdarı olan, müxalifəti dəstəkləyən  bu şəxslər  indi başqa cəbhədədir…. İnsan öz simasını nə qədər xamilyon parçalar kimi dəyişə bilər?

           GDU-nun tələbələri isə yeni tariflər qarşısında qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni “topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə  oxudun-oxumadın  hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3″ də vermirlər. “3″ün qiyməti 70,  ”4″ün 80,  “5″inki isə  100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat  pul tələb olunur.Təcrübənin hal-hazırda  qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir.

Gəncə Dövlət Universiteti  tələbələrdən məcburi  pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub.Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları  üçün yığım prosesinə başlanma xəbəri  də məhz bu şəxslər tərəfindən elan olunmuşdu.Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı.Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar(20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar.Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun qoyduğu rektorun və  və  vaxtilə müsavat, milli-istiqlal partiyalarının  üzvü  olan prorektorların sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusibov tərəfindən israrla həyata keçirilən “qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı “ölü canlarla” xeyli zəngindir.

GDU-nun ərazisi də zəbt olunub, rektor universitetin  ərazisinə  öz  şəxsi təsərrüfatı  kimi   baxır, bu işdə  keçmiş  sələfi  Yadigar  Əliyevdən heç  də  geri qalmır. Yadigar  Əliyev universitetin  idman  meydançasının  bir  hissəsini  “SONİ”  mağazasına  satmışdı. Yusif  Yusibov  isə  başı  bəlalı  həmin  idman meydançasının  digər  hissəsini  mağazaya  və  avtobus  dayanacağına   icarəyə verib. Adı  rüşvət  və korrupsiya  qalmaqalında  hallanan  dövlət  təhsil  müəssisəsinin  rəhbəri  Yusif Yusibov  kütləvi  informasiya  vasitələrində  haqqında  gedən  bu məlumatlara  nə  reaksiya  verir, nə  də narahat  olur. Aydın  məsələdir ki, arxası  möhkəm  bağlı  olduğundan  bu  qədər  əmin  şəkildə  öz korrupsiya  əməllərinə  davam  edir.Hansısa bir tələbə rüşvətxorluğa etiraz edəndə rektor deyir ki, tələb olunan məbləğ verilməlidir, şəhərin icra başçısı bizə şəhərin abadlaşdırılması ilə baglı haqq qoyub,bu bizdən asılı deyil.

Bizcə Təhsil naziri Mikayıl Cabbarov  rektorun özbaşınalıqlarına  qəti şəkildə  son qoymalıdır. Lakin mənbələr Yusif  Yusibovun  belə  bəsit  tədbirlərin təsirinə qətiyyən məruz qalmayacaq  bir məmur olduğunu iddia edirlər. Rektor yaxın ətrafının əhatəsində  baş verənlərə belə münasibət  bildirib: “Yazılanlara  fikir verməyin, mən vəzifəyə təzə qoyulmuşam, mətbuat  da  yazsın,   nazirə  də yazsınlar, Elmar  Vəliyevə  də yazsınlar,bunların  hamısı əhəmiyyətsiz  şeylərdir, kimdir ki  bu cızma-qaraları oxuyan?Məni  bu  vəzifəyə  qoyduran  qüvvələr  məni respublika  səviyyəsində  dəstəkləyir, hələ  görərik  nələr  olacaq”.

Digər tərəfdən , indiki təhsil naziri Mikayıl Cabbarova həddən artıq  ümid var idi. Əksəriyyət inanırdı ki, Mikayıl Cabbarov təhsili düzəldəcək. Amma gözlənilənlər baş vermədi. Əksinə, yalnız orta məktəblərdə “süpürgə pulunu” qadağan edəcək həddə cəsarət sahibi olan Mikayıl Cabbarov hətta ən primitiv pulyığma bəhanələrini belə ali və orta məktəb rəhbərlərinin əlindan ala bilmədi. Elə buna görə də, indi bəzən Mikayıl Cabbarovun iş prinsipinə baxanlar  “Allah Misir Mərdanovun atasına rəhmət eləsin” deyərək, əsəblərini sakitləşdirirlər. Mikayıl Cabbarov isə heç bir elmi dərəcəsi və elmi adı olmayan, bir gün də olsa pedaqoji fəaliyyətlə məşğul olmayan bir ali məktəb məzunudur. Mikayıl Cabbarov səviyyəsində bir nazir ali məktəb rektorları ilə görüşüb təhsilin hər hansı bir məsələsinin müzakirə etməsi iqtidarında deyildir,çünki  Mikayıl Cabbarov və onun əhatəsinə yığdığı  işçilərin təhsil sisteminə bələdçiliyi olmadığından  təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlanmasını bilmir. Fikrimizcə ,Təhsil Nazirliyində onun əsas məqsədi təhsildə müəyyən islahatların aparılması yox, təhsilə ayrılan bütün vəsaitin xərclənməsinin özü tərəfindən həyata keçirilməsi, imkan olduqca dövlət tərəfindən təhsilə ayrılan vəsaitlərin həcminin daha çox artırılmasına nail olmaq və bu yollarla da daha çox sərvət toplamaqdan ibarətdir. Bu işdə isə ölkənin baş xəzinədarı  Azər Bayramov və Cavanşir Yusifovun köməyinə möhtac olan Mikayıl Cabbarov   Yusif Yusifov(Cavanşir Yusifovun qardaşı) kimilərinin haqqında heç bir tədbir görəsi deyil.

         Ümid edirik ki, ölkə rəhbərliyi yaxın zamanlarda Mikayıl Cabbarovun səriştəsiz bir nazir olacağının şahidi olacaqdır.Bəlkə yeni təyin olunacaq  təhsil naziri Gəncə Dövlət Universitetindəki bu anarxiyaya son qoya.

 

Qarşə tərəfində mövqeyini dərc etməyə hazırıq


media-728x90banner

Bənzər xəbərlər