Üzünüzdən təbəssüm heç zaman əskik olmasın….
Bugün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün uşaqların hüquqlarının müdafiəsi, onların sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməsinin vacibliyini vurğulamaq üçün böyük əhəmiyyət daşıyır. Uşaqlar cəmiyyətimizin, dövlətimizin, ailəmizin ən qiymətli sərvətidir. Azərbaycanda uşaqların hüquqlarının qorunması, onların təhsili və rifahı əsas prioritet istiqamətlərdən biridir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva gələcəyimiz olan uşaqların sağlam böyüməsini və layiqli, vətənpərvər vətəndaş kimi formalaşmasını daim diqqət mərkəzində saxlayır.
Mən də bütün balalarımızı təbrik edirəm, sevgi və sevinc dolu həyat arzulayıram!
Üzünüzdən təbəssüm heç zaman əskik olmasın!
Fatma Yıldırım
Millət vəkili