“Vaqif Xaçaturyan adlı cəlladın həbs olunması ilahi ədalətin bərpası deməkdir” – Deputat
“Əlləri mülki insanların, qadınların, uşaqların qanına boyanmış, Meşəli qətliamının əsas icraçılarından biri, Vaqif Xaçaturyan adında cəlladın həbs olunması, hər şeydən əvvəl ilahi ədalətin bərpası deməkdir”.
Bunu deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, ikincisi, Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin ardıcıl, məntiqli siyasətinin, geosiyasi faktorları uzlaşdırmağının nəticəsidir:
“Həmin cəllad həbs olunanan andan, müxtəlif sosial şəbəkələrdə, onun işgəncə verdiyi insanların müsahbələrini dinlədikdə adam dəhşətə gəlir. Özünü dünyaya ən qədim, mədəni millət kimi sırıyan bu parazitlərin törətdikləri vəhşiliklər sərhəd tanımır. Normal insan düşüncəsinə sığışmır. Paradoksal olsa da, xaçı qızdırıb əsir düşmüş köməksiz insanların sinəsinə basan, körpələri, qocaları vəhşicəsinə qətlə yetirən bu canini, ermənilər millət olaraq müdafiəsinə qalxırlar. İstənilən başqa millət olsa idi, utandığından belə terrorçuları müdafiə etməzdi. Əfsuslar olsun ki, erməni millətçilərinə bu hisslər yaddır. Onlar əksinə, terrorçulara, türkün qanına susamış cinayətkarlara, uşaq qatillərinə abidələr ucaldırlar. Erməni daşnak-millətçilərinin əsil siması, xisləti budur”.
Deputat vurğulayıb ki, Vaqif Xaçaturyan tək deyil:
“Onun kimi irqi-ayrı-seçkilik zəminində Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətmiş qatillərin siyhısı uzundur və zamanında hər bir fakt üzrə, hüquq-mühafizə orqanlarımız tərəfindən cinayət işi qaldırılıb. Şahid ifadələri alınıb, audio-videoyazılar sənədləşdirilib, maddi sübutlar toplanıbdır. Düşünürəm ki, Ermənistanın və havadarlarının bütün cəhdlərinə, can-fəşanlığına baxmayaraq, Azərbaycan məhkəmələri tutarlı sübutlarla, cinayətkarlara layiq olduqları cəzanı müəyyən edəcəklər və ilahi ədalət zəfər çalacaq. Belə qatillərə qarşı heç bir güzəşt olmamalıdır. Onların cəzalandırılması, tarix üçün, gələcəyimiz üçün lazımdır. Hər kəs bilməlidir ki, günahsız insanlara qarşı ağır cinayətlərdə əli olanların son aqibəti, Vaqif Xaçaturyanın Laçın postunda düşdüyü rəzil vəziyyət olacaqdır”.










