Milli Məclisin deputatı Vasif Qafarov seçicilərlə görüşdü.
XALQ.AZ xəbər verir ki, millət vəkili  Astara rayonunun Hamoşam kəndində səyyar qəbul keçirilib.
Qəbulda Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolların təmiri, ərazidə mövcud turizm potensialının inkişafı qarşısında duran problemlər, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.

media-728x90banner

Bənzər xəbərlər