2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərində 80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizəd Vasif Qafarovun təbliğat-təşviqat kampaniyası davam edir.
80 saylı Lerik-Astara seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Vasif Qafarov avqustun 14-də daha iki inzibati ərazi nümayəndəliyində — Piran və Bürsülüm kəndlərində seçicilərlə görüşlər keçirib. Böyük coşqu və izdihamla keçən görüşlərdə namizəd çıxış edərək seçiciləri narahat edən problemlərdən və seçki platformasından danışıb.
Daha sonra çıxış edən seçicilər gənc alimə öz dəstəklərini ifadə edərək 2024-cü il sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal iştirak edib, onu dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, Vasif Qafarov   1982-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olub. Tarix elmləri doktoru, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçisidir.

media-728x90banner

Bənzər xəbərlər