Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasına yeni sədr təyin edilib. 


XALQ.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 26-da fərman imzalayıb.


Fərmanla Rauf Feyzulla oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri təyin edilib. 


Qeyd edək ki , R.Əliyev bundan əvvəl “Şərq qapısı” qəzetinin baş redaktorunun müavini vəzifəsində çalışıb.


media-728x90banner

Bənzər xəbərlər