Vəfa Dermatoloji və Estetik Klinikasının sahibi Vəfa Cəlilova fəaliyyətini dayandırıb?

Məşhur dermatoloq Vəfa Cəlilova jurnalist Qənirə Ataşovanın saxta həkim siyahısına düşənlərdən biri olub.

XALQ.AZ məlumat verir ki, Vəfa Dermatoloji və Estetik Klinikasının sahibi Vəfa Cəlilova fəaliyyətinin dayandırılması və sosial hesablardan səhifəsinin yığışdırılması iddia olunur.
Araşdrımalar nəticəsində Azərbaycan Respublikasında tibb və əczaçılıq sahəsi ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrində Cəlilova Vəfa İnqilab qızı qeydə alınmayıb.
Verilən məlumatda qeyd olunub ki, Vəfa Cəlilova saxta diplomla fəaliyyət göstərdiyi iddia olunur.
Məsələ ilə bağlı Vəfa Dermatoloji və Estetik Klinikası bildirildi ki, sosial hesablar şikayət əsasında bağlanıb. Vəfa Cəlilovanın hansı illərdə Heidelberg Universitetində təhsil alması suallarına isə klinikanın əməkdaşı Sevda xanım bildirib ki, bu  barədə məlumat verə bilmərik.
Qeyd edək ki, iddia olunduğu kimi Vəfa Cəlilovanın saxta diplomla fəaliyyət göstərməsi bir daha təsdiqini tapır.
  

media-728x90banner

Bənzər xəbərlər