Vəfa Şərifova estetik əməliyyata girir
Müğənni Vəfa Şərifova bıçaq altına yatacağını bildirib.
XALQ xəbər verir ki, sənətçi “İncə səhər” verilişində yenidən burun əməliyyatı etdirəcəyini deyib.
Şərifova buna səbəb kimi burnunun formasını bəyənməməsini göstərib:
“Mənim burnum çox pisdir, əməliyyata gedəcəyəm. Məni heç kim saxlaya bilməz. Bu gün qərar verirəm, səhər əməliyyatdayam. Bu məni qorxutmur”.










