Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib
Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) rəhbər heyəti xalqımızın qəhrəmanlıq tarixinin ən müqəddəs məkanlarından biri olan Şəhidlər Xiyabanını ziyarət edib.
Ziyarət zamanı VŞQ rəhbərliyi Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla anıb, şəhidlərin məzarları üzərinə gül dəstələri düzərək onların ruhu qarşısında dərin hörmətlərini ifadə ediblər.













