Vilayət Eyvazov kapitanı rəis təyin etdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinə yeni rəis təyin edib.
XALQ.AZ-ın məlumatına görə, nazirin əmri ilə kapitan Emil Vəliyev bu vəzifəyə gətirilib.
Qeyd edək ki, E.Vəliyev buna qədər həmin bölmədə təbliğat və təşviqat üzrə inspektor vəzifəsində çalışıb.










