Vüqar Novruzov vəzifəsindən azad olunur…..
Naftalan şəhər icra başçısı Vüqar Novruzov paytaxtın Nəsimi rayonuna rəhbər gətirilir.XALQ.AZ Tribunainfo.az-a istinadən xəbər verir ki, Nəsimi İH başçısı Asif Əsgərovun hakim partiyadan deputatlığa namizəd irəli sürülməsindən sonra onun yerinə təyinat müzakirə olunub. Müzakirələr zamanı Naftalan şəhər başçısı Vüqar Novruzovun təqdimatı verilib və Nəsimi İH rəhbəri təyin olunması tövsiyə edilib. Qeyd edək ki, V. Novruzov Naftalan şəhərinə 2019-cu ildə icra başçısı təyin olunub. O, hakim partiyanın üzvüdür. Buna qədər PA-da vəzifə tutub, sonra Xəzər İH-də başçı müavini olub.










