Xaçmaz sakinlərinin müraciətləri həll olunur
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib.
Qəbulda rayon sakinlərinin müraciətləri fərdi qaydada dinlənilib.
Müraciətlər məşğulluq, sosial müdafiə, sel sularının yaratdığı fəsadların aradan qaldırılmasına köməklik göstərilməsi, su təchizatı və digər sahələri əhatə edib.
Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.
















