Xaçmaz sakinlərinin müraciətləri həll olunur
Növbəti səyyar qəbul Pirquluoba kəndində keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon prokuroru Rəşad Məmmədovun və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Pirquluoba kəndində səyyar qəbul keçirib.
Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev görüş iştirakçılarını qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib. Vətəndaşlar elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və mübahisəli torpaq məsələləri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon rəhbəri sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək qaldırılan məsələlərin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər isə yerində həllini tapıb.















