media-67
20 oktyabr – Energetiklər Günü və Ümumdünya Statistika Günü qeyd olunub
Xaçmaz rayonunda 20 oktyabr – Energetiklər Günü və Ümumdünya Statistika Günü qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, energetiklər və Rayon Statistika İdarəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, onun xatirəsinə ehtiramlarını bildiriblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev energetikləri və statistika idarəsinin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edib ki, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib. Bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub.
Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Elnur Rzayev həmçinin Ümumdünya Statistika Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün statistika fəaliyyəti rəqəmsal texnologiyaların tətbiqi, şəffaflıq və operativlik prinsipləri əsasında inkişaf edir və ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfə verir.
Energetiklər və rayon statistika idarəsinin əməkdaşları yaradılan şəraitə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
media-66 media-67 media-68 media-69 media-70 media-71 media-72 media-73 media-74

media-728x90banner

Bənzər xəbərlər