media-011
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədər ağacəkmə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xudat şəhəri ərazisində təşkil olunan ağacəkmə aksiyasında simvolik olaraq 102 ədəd şam və çinar ağacları əkilib. Basdırılan ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, rayonun ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Xaçmaz rayonunda yeni ağacların əkilməsi və yaşıllıqlara artotexniki qulluq il ərzində davam etdirilir.
media-011 media-012 media-013 media-014 media-015 media-016 media-017

media-728x90banner

Bənzər xəbərlər