Xaçmazda ağacəkmə aksiyası keçirilib
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası təşkil olunub. Xudat-Nabran avtomobil yolunun kənarında keçirilən aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə müəssisə və təşkilat rəhbərləri eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Əraziyə torpaq-iqlim şəraitinə uyğun yeni ağaclar əkilib, basdırılan tinglərin suvarılması təmin edilib. Məqsəd ekoloji tarazlığın və ətraf mühitin qorunmasına töhfə verməkdir.















