Xaçmazda Həcc ziyarətindən qayıdan zəvvarlar ehsan süfrəsi təşkil edib.
Həcc ziyarətindən qayıdan zəvvarlar ehsan süfrəsi təşkil edib.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyevin dəstəyi ilə Həcc ziyarətinə gedən Xaçmaz rayon sakinləri, şəhid anaları Nərgiz Veyisova , Validə Hacıyeva, Sevil Rüstəmova və qazi Rüfət Əliyev eləcədə rayon ağsaqqalı Abdulla Didarov vətənə qayıdıb. Bu gün zəvvarların təşəbbüsü ilə Xaçmaz rayonunda ehsan süfrəsi təşkil edilib.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, zəvvarlar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon İcra Hakimiyyətin başçısı Elnur Rzayev Həcc ziyarətinə gedən zəvvarları təbrik edib, dualarının qəbul olunmasını arzulayıb.
Zəvvarlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.