Xaçmazda idmançılarla görüş keçirildi
Xaçmazda beynəlxalq idman yarışlarında uğur qazanmış idmançılar və onların məşqçiləri təltif olunublar
Xaçmaz Rayon İcra Hakimiyyətində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində 2025-ci il ərzində beynəlxalq yarışlarda uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançıları və onların məşqçilərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə idman siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan vətəndaşının fiziki sağlamlığına xüsusi önəm verən Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirir, mühüm qərarlar qəbul edir.
Görüşdə qeyd edilib ki, 2025-ci il ərzində xaçmazlı idmançılar beynəlxalq yarışlarda 2 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar. Respublika yarışlarında isə yeniyetmə və gənclər 65-ə yaxın müxtəlif əyarlı medal əldə ediblər.
İdmançılar və məşqçilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.




















