Xaçmazda istirahət parkı yenilənir
Sakinlərin asudə vaxtının səmərəli təşkili üçün daha bir istirahət parkı yenilənir
Xaçmaz şəhərində yerləşən mədəniyyət və istirahət parkında abadlıq işləri davam edir. Parkın ərazisində gəzinti yolları bərpa olunur və tamet daşları ilə döşənir. Yaşıllıq sahələri genişləndirilir, oturacaqlar və istirahət guşələri yenilənir.