Xaçmazda “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub
1 Noyabr – “Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd təsərrüfatı işçiləri və fermerlər əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi liderin xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd təsərrüfatının ölkə iqtisadiyyatının strateji sahələrindən biri olduğunu, ərzaq təhlükəsizliyinin təmin olunması, ixrac imkanlarının genişlənməsi və bölgələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar və dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında müasir yanaşmalar formalaşıb. Xaçmaz rayonunda da intensiv meyvə bağlarının sahəsi ildən-ilə genişlənir, yeni təsərrüfatlar və emal müəssisələri yaradılır.
Digər çıxış edənlər də kənd təsərrüfatına göstərilən dövlət dəstəyini, subsidiya mexanizmlərini və yeni texnologiyaların tətbiqinin məhsuldarlığa təsirini vurğulayıblar.






















