media-399
8 Noyabr – Zəfər Günü ərəfəsində Xaçmaz şəhərindəki Mədəniyyət və istirahət parkı əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və bir qrup ziyalı yenilənmiş parkda yaradılan şəraitlə tanış olublar.
Elnur Rzayev bildirib ki, Xaçmaz şəhərində, eləcə də qəsəbə və kəndlərdə abadlıq və quruculuq işləri mərhələli şəkildə davam etdiriləcək.
Gəzinti zamanı parkın ərazisinə simvolik olaraq yeni ağaclar da əkilib.
Rayon ziyalıları sakinlərin asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraiti yüksək qiymətləndirib, görülən işlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, müasir layihə əsasında yenilənən Mədəniyyət və istirahət parkında gəzinti yollarına tamet daşları döşənib, yeni yaşıllıq zolaqları və qazon örtüyü salınıb, müxtəlif növ ağaclar, dekorativ gül-çiçək kolları əkilib. Parkda həmçinin müasir üslubda hazırlanmış oturacaqlar və zibil qabları quraşdırılıb, ərazidə işıqlandırma sistemi yenilənərək daha cəlbedici görkəm alıb.
media-001 media-002 media-003 media-004 media-005 media-006 media-008 media-009 media-10
media-135

media-728x90banner

Bənzər xəbərlər