Xaçmazda müəllimlər və əlaçı şagirdlər mükafatlandırılıb
Qabaqcıl müəllimlər və əlaçı şagirdlər mükafatlandırılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin dəstəyi ilə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsinin əhatə etdiyi 44 məktəbin qabaqcıl müəllimləri, həmin məktəblər üzrə 2024-2025-ci tədris ilində uğur qazanmış əlaçı şagirdlər eləcə də şəhid və qazi ailələrinin məktəbli övladlarının mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, şəhid ailələri, qazilər, qabaqçıl müəllimlər, əlaçı şagirdlər və ictimaiyyət nümayəndələri iştirak edib.
Yığıncaqda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimiizn əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin deputatı Ağalar Vəliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və digər çıxış edənlər əlaçı şagirdləri və onları müəllimlərini təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıblar. Qeyd edilib ki, təhsil sahəsində həyata keçirilən islahatlar şagirdləri yüksək təhsil almağa və gələcəkdə dövlətimizə, xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır.
Çıxış edən müəllim və şagirdlər təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda qabaqcıl müəllimlərə, əlaçı şagirdlərə eləcə də şəhid və qazi ailələrinin məktəbli övladlarına pul mükafatları təqdim olunub. Ümumilikdə 500-ə yaxın müəllim və şagird mükafatlandırılıb.