media-01
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Xaçmaz rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti könüllü qanvermə aksiyası təşkil olunub. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə və təşkilatların kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Aksiya zamanı əvvəlcə həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq göstəriciləri yoxlanılıb, tibbi uyğunluğu təsdiqləndikdən sonra qanvermə prosesi həyata keçirilib. Toplanan qan nümunələri Mərkəzi Qan Bankı tərəfindən laboratoriya yoxlamalarından keçiriləcək və talassemiya, hemofiliya, leykoz, həmçinin digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların müalicə prosesində istifadə olunacaq.
Bu humanitar təşəbbüsün əsas məqsədi ölkəmizin qan ehtiyatlarını gücləndirmək, irsi qan xəstəlikləri ilə mübarizəyə töhfə vermək və sağlam gələcək nəsillərin yetişdirilməsinə dəstək olmaqdır.
media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08

media-728x90banner

Bənzər xəbərlər