Xaçmazda qəbiristanlıqlarda geniş iməcilik aksiyaları keçirilib
Novruz bayramı ərəfəsində Xaçmaz rayonunun şəhər, qəsəbə və kənd qəbiristanlıqlarında geniş iməcilik aksiyaları keçirilib
Xaçmaz rayonunda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində qarşıdan gələn Novruz bayramı ərəfəsində şəhər, qəsəbə və kənd qəbiristanlıqlarında geniş iməcilik aksiyaları təşkil olunub.
Xaçmaz şəhəri və Qaraqurtlu qəbiristanlıqlarında keçirilən təmizlik aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev də iştirak edib.
İməciliklər zamanı qəbiristanlıqların əraziləri zibildən və lazımsız bitkilərdən təmizlənib, abadlaşdırma istiqamətində işlər görülüb.
Sakinlərlə həmsöhbət olan icra başçısı bildirib ki, Novruz bayramı ərəfəsində keçirilən belə iməciliklər artıq ənənəvi xarakter daşıyır. Məqsəd qəbiristanlıqların səliqə-sahmana salınması və ziyarətə gələnlər üçün rahat şəraitin yaradılmasıdır.
Təmizlik işlərində kommunal xidmət işçiləri ilə yanaşı, yerli sakinlər də fəal iştirak ediblər. Sakinlər belə tədbirlərin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.





















