Xaçmazda sakinlərlə görüş keçirildi
Elnur Rzayev Çarxı kəndində sakinlərlə görüşüb
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Çarxı kəndində növbəti səyyar qəbulunu keçirib.
Qəbulda Çarxı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Çarxı və Xanlıqoba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, daxili yolların təmiri ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.


















