media-007
Elnur Rzayev bir qrup şəhid ailəsi, qazi və müharibə iştirakçısı ilə görüşüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsi iştirakçısı Nizami Əzizovun işlətdiyi ictimai-iaşə obyektində bir qrup şəhid ailəsi, qazi və müharibə iştirakçısı ilə görüşüb.
İcra başçısı görüş iştirakçıları ilə səmimi söhbət edib, müraciət və təkliflərini dinləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri, qazi və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb.
Görüş qarşılıqlı diskussiya şəklində davam edib. İştirakçılar onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
media-001 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-008 media-0099 media-010

media-728x90banner

Bənzər xəbərlər