media-800
Şəhid ailələri ziyarət olunub
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Məmmədxanlı kəndində şəhid Elvin Ağayevin və Sayad kəndində şəhid Səxavət Axundovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Görüşlərdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən qayğıdan danışılıb. Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın keçdikləri döyüş yolundan söz açılıb. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələrinin daim qəlblərdə yaşayacağı vurğulanıb.
Elnur Rzayev şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb, müraciət və təkliflərini dinləyib.
Şəhidlərimizin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
media-77 media-78 media-79 media-76 media-74 media-73

media-728x90banner

Bənzər xəbərlər