Xaçmazda şəhidimizin anası vəfat edib
Elnur Rzayev Birinci Qarabağ müharibəsi şəhidi Həmdulla Yağış oğlu Yağışovun anası Mənzər Yağışovanın yas mərasimində iştirak edib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon prokuroru Rəşad Məmmədov Çinartala kəndində Birinci Qarabağ müharibəsi şəhidi Həmdulla Yağış oğlu Yağışovun anası Mənzər Yağışovanın yas mərasimində iştirak ediblər.
Elnu Rzayev şəhid anası Mənzər Yağışovanın ailə üzvlərinə dərin hüznlə baş sağlığı verib, ailənin sosial qayğıları ilə maraqlanıb.
Mərhumun ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.