Xaçmazda veloyürüş keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə sektorunun və Xaçmaz rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə 3 iyun Beynəlxalq Velosiped gününə həsr olunmuş Xaçmaz Rayon Heydər Əliyev Mərkəzindən başlayaraq Zəfər parkına qədər veloyürüş keçirilib.