media-1
Xaçmaz şəhərində sakinlərin müraciət və təklifləri dinlənilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Rayon prokuroru Rəşad Məmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Xaçmaz şəhərində növbəti səyyar qəbul keçirib.
Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən səyyar qəbulda şəhər və ətraf yaşayış massivlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildirərək, eyni zamanda yolların təmiri, yeni salınan yaşayış massivlərinin qazlaşdırılması və digər müraciətləri səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər
media-1 media-2 media-3 media-4 media-5 media-6 media-7 media-8 media-10

media-728x90banner

Bənzər xəbərlər