Xaçmazda vətəndaşlarla görüş keçirildi
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, idarə, müəssisə rəhbərlərinin, yerli icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciət və təkliflərini dinləyib.
Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak edib.
Müraciətlər məşğulluq, elektrik təsərrüfatı, səhiyyə, rabitə, və digər sahələri əhatə edib.
Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb, qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.