Xaçmazda vətəndaşlarla görüş keçirildi
Xaçmaz Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də ərazi icra nümayəndələri və bələdiyyələrin iştirakı ilə vətəndaşların növbəti fərdi qəbulunu keçirib. Qəbulda əvvəlcədən müraciət edən sakinlər iştirak ediblər.
Müraciətlər məşğulluq, sosial müavinət, yol təsərrüfatı və digər sahələri əhatə edib.
Sakinlər tərəfindən qaldırılan bəzi məsələlər yerindəcə həll olunub. Araşdırılması vacib olan müraciətlər isə müvafiq qurumlara yönləndirilib.














