Xəbər verdiyimiz kimi, tanınmış bloger “Nikosayağı” adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.

Hadisə ilə bağlı onun dostu rəqqas Ramil Qasımov məlumat verib.

O, Nicatın əməliyyat olunduğunu bildirib:

“Kim nə gəldi danışır… Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.

İndi reanimasiyadadır. Həkim deyir, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.

Hadisə zamanı Nicat ancaq su istəyirdi, su verin deyirdi… Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi…”.


media-728x90banner

Bənzər xəbərlər