“Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov işçilərin maaşını vermir?
Maaşını ala bilməyən sürücü “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.
XALQ.AZ xəbər verir ki, MMC ilə bağlı iddianı Ağayev Cahangir Hacı oğlu qaldırıb. İşin mahiyyəti əmək mübahisəsidir. İddiaçı MMC-dən əmək haqqını tələb edir.
İş Bakı Apellyasiya Məhkəməsindədir. 28 iyun tarixində hakim Namiq Cəfərovun sədrliyi ilə tərəflər arasında növbəti proses keçiriləcək.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.