media-xank

 

“Planet Construction” MMC Xankəndi şəhər stadionunun tikintisində çalışan fəhlələrin pulunu vermədiyini və buna görə işlərin dayandığı bildirilir

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində iştirak edən şirkətlərlə bağlı son illər şikayətlər artmaqdadır.

XALQ  xəbər verir ki, görə sosial şəbəkələrdə yayılan məlumatlara görə Xankəndi şəhər stadionunun tikintisində iştirak edən fəhlələrin pulları bir neçə aya yaxındır verilmir.  İşçilərin əmək haqqlarının verilməməsinə görə şəhər stadionun tikintisi hələki yarımçıq qalıb.

media-944
Bildirək ki, Xankəndi şəhər stadionununu təmiri üçün Gənclər və İdman Nazirliyi ilə “Planet Construction” MMC (VÖEN: 1005274361) şirkəti arasında 2025-cü ildə 9 milyon 918 674 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, “Planet Construction” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur. Hüquqi ünvanı AZ1108, Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 4, m. 5-dir.

media-81

Məlumatlarda bildirilib ki, işlərə iyulun 18 -də start verilib və sentyabrın 10-da yekunlaşdırılması planlaşdırılır.

Lakin görüntülərdən məlum olur ki, deyilən tarixədək görülən işlərin yükunlaşması inandırıcı görünmür.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı şirkətdən açıqlama almaq mümkün olmadı.

Qurumlarında fikirlərini dərc etməy hazırıq.

 

 


media-728x90banner

Bənzər xəbərlər