“Xankəndidəki separatçılar Ağdam-Xankəndi yolundan istifadə etməyə məcburdurlar”
“Xankəndidəki separatçılar Ağdam-Xankəndi yolundan istifadə etməyə məcburdurlar. Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir və bu ərazilərdə yaxın zamanlarda konstitusiya quruluşumuz bərpa olunacaqdır”. Bunu millət vəkili Azər Badamov “Səs”qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 23 apreldə Azərbaycan dövləti Həkəri çayı üzərində Laçın nəzarət keçid məntəqəsi bərpa etməklə suverən ərazilərinin sərhədlərini tam şəkildə nəzarətə götürmüşdür: “Bu nəzarət keçid məntəqisindən ermənilər, ancaq Azərbaycanın icazəsi ilə istifadə edə bilərlər. Amma humanitar daşımalar isə Ağdam -Xankəndi yolu vasitəsilə daşınacaqdır. Yaxın zamanlarda İrəvanda yerləşən QXK-nin Xankəndinə humanitar daşımaları da dayandırılaraq Qızıl Aypara Komitəsi tərəfindən həyata keçiriləcəkdir. Ermənilərin BMT TŞ-na və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətləri iflasa uğrayandan sonra Ermənistan və Xankəndidəki separatçıların ümidlərinin boşa çıxdığını anlamağa başlayıblar. Ona görə də Xankəndidəki ermənilər artıq reallığı qəbul etməyə başlayıblar. Hətta yaxın günlərdə Qarabağın erməni ictimaiyyətinin nümayəndələri Bərdədə görüş keçirilməsi üçün müraciət ediləcəyi gözləniləndir. Qarabağ erməniləri reinteqrasiya proseslərinə başlamaq üçün prosedurlara necə başlamaq lazım olduğunu Bakı ilə danışılaraq razılaşdırmalıdır. Sonrası proses isə Xankəndinin bütün iqtisadi və siyasi əlaqələri, ancaq Bakıdan tənzimlənməklə davam etdiriləcəkdir”.










