XƏBƏRDARLIQ – Qıtlıq ola bilər
Avropada artan geosiyasi gərginlik və qlobal tədarük zəncirində yarana biləcək problemlər səbəbindən mütəxəssislər əhaliyə evlərdə ərzaq ehtiyatı saxlamaqla bağlı xəbərdarlıq edib.
Daha çoxuzunömürlü konserv və quru qidaların önəmi vurğulanıb.
Mütəxəssislər bildirirlər ki, mümkün böhran vəziyyətlərində marketlərdə məhsul çatışmazlığı və ya gecikmələr yarana bilər. Buna görə ailələrə “fövqəladə ərzaq planı” hazırlamaq tövsiyə olunur. Konserv məhsulları, paxlalılar və uzun müddət saxlanıla bilən əsas qidalar prioritet siyahıda göstərilib.
Açıqlamada qeyd olunub ki, bu çağırış panika yaratmaq məqsədi daşımır. Məqsəd gündəlik həyatın mümkün fasilələrinə qarşı insanları əvvəlcədən hazırlıqlı olmağa təşviq etməkdir. Bir neçə həftəlik əsas ərzaq ehtiyatının saxlanmasının fövqəladə hallarda böyük rahatlıq yarada biləcəyi vurğulanıb.
Qida təhlükəsizliyi baxımından konservlərin ən praktik seçimlərdən biri olduğu qeyd edilib və vətəndaşlara ehtiyacdan artıq alış etmədən balanslı şəkildə ehtiyat toplamaq tövsiyə olunub.










