Kələm, brokoli, gül kələminin xərçəngi önlədiyi sübut olunub. Onlar güclü xərçəng əleyhinə xüsusiyyətlərə malik sülforafan kimi bioloji aktiv molekullarla parçalanan qlükosinolatlar baxımından zəngindir.

Narın tərkibindəki ellag turşusu xüsusilə süd vəzi xərçəngi də daxil olmaqla bir çox xərçəng növünün qarşısını almağa və müalicəsinə kömək etməyə faydalıdır. Bu turşu xərçəngə səbəb olan molekullara yapışaraq onları təsirsiz hala gətirir.

Badam, quru üzüm, moruq, çiyələk, böyürtkən kimi qidalar güclü antioksidant və resveratrol baxımından olduqca zəngindir. Antioksidantlar sərbəst radikalları zərərsizləşdirərək DNT zədələnməsinin qarşısını alır və xərçəng inkişafını ləngidə bilər.

Buğda cövhəri (səməni ) xərçəng kimi ölümcül xəstəliklərin müalicəsində mühüm rol oynayır. Yüksək miqdarda xlorofil ehtiva edərək 17 dəyərli amin turşusu ilə orqanizmin güclü müdafiə mexanizmini təmin edir. Bundan əlavə, kimyaterapiya və radioterapiyanın əks təsirlərini azaltmağa kömək edir.


media-728x90banner

Bənzər xəbərlər