Sabunçu Tibb Mərkəzinin direktoru Nürəngiz Bəşirovanın tez-tez Türkiyəyə getməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

XALQ.AZ xəbər verir ki, Nürəngiz Bəşirovanın qardaş dövlət olan Türkiyəyə səfərlər etməsinin səbəbi haqqında maraqlı iddialar irəli sürülüb.

Belə ki, sonuncu dəfə məzuniyyət götürərək Türkiyəyə səfər edən Sabunçu Tibb Mərkəzinin direktorunun İstanbulda yerləşən xəstəxanaların birində müayinə edildiyi bildirilir.

Ölkəmizdə tibb sahəsində yüksək səviyəli klinikaların və həkim mütəxəsisslərin olmasına baxmayaraq Nürəngiz Bəşirovanın müayinə üçün Türkiyəni seçməsi maraqlıdır.
Xalq.az bildirir ki, bununla bağlı sosial şəbəkədə yayılan məlumata görə Nürəngiz Bəşirova Türkiyəyə həm müayinəyə, həmdə istirahətə gedir.
Qeyd edək ki, Beyləqan xəstəxanasının rəhbərliyindən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə təyinat alan Nürəngiz Bəşirovanın adı müxtəlif qalmaqallarda hallanır.

Onun yaxınlarda Beyləqan Xəstəxanasının mühafizə xidmətinin rəisi işləyən Saqi adlı şəxslə aralarında işə düzəltmək məsələsinə görə söz-söhbət yarandığı deyilir.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Sabunçu Tibbi Mərkəzi ilə əlaqə saxlamaq mümkün olmadı.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər