Xətai rayon ictimaiyyəti Ulu Öndərin əziz xatirəsini yad etdi
Xətai rayonunda bir sıra tədbirlər keçirilib.
XALQ xəbər verir ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin başçılığı ilə RİH aparatının kollektivi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
Aparatın kollektivi, həmçinin rayon bələdiyyəsinin, YAP-ın, MKTB-nin rəhbər heyəti və rayon ictimaiyyətinin fəalları Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər.
Burada Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub.
Xətai rayon ictimaiyyəti Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə onun əziz xatirəsini dərin hörmətlə yad edib.











