Xətai rayonunda bayram qabağı Röya kursantlar üçün oxudu-Fotolar
Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev, liseyin müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edənlər tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, bu əlamətdar günlərin milli birlik, həmrəylik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.






















