Xətai rayonunda lift problemi sakinləri təngə gətirib
Xətai rayonu, Qədir Məmmədov küçəsinin sakinləri lift problemindən şikayətçidirlər. Dediklərinə görə, yaşadıqları binanın lifti var, amma xidməti yoxdur.
XALQ -ın məlumatına görə, sakinlər bildiriblər ki, liftin işləməməsi onlar üçün ciddi problemlər yaradır. Dediklərinə görə, bir müddət əvvəl lift təmir olunduqdan sonra istifadəyə verilib. Amma yenidən köhnə vəziyyətinə qayıdıb.
Sakinlər bildiriblər ki, binanın problemlərini saymaqla bitmir, amma lift məsələsi onların içində ən acınacaqlısıdır.
Onlar bununla bağlı aidiyyəti quruma dəfələrlə müraciət ediblər, amma problem həllini tapmır.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirildi ki, “Xəzər Xəbər”in müraciətindən sonra ünvana əyani baxış keçirilib. Liftin mühərrikində problem aşkarlanıb. Artıq bu istiqamətdə işlərə başlanılıb, yaxın 3 gün ərzində lift tam təmir olunaraq sakinlərin istifadəsinə veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.