media-12
Xətai rayonu 261 nömrəli məktəb-liseydə təşkil olunan görüşdə millət vəkilləri Zahid Oruc və Vüqar Rəhimzadə, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, BŞTİ-nin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin sektor müdiri Pənah İmanov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xətai Rayon Komitəsinin sədri Sehran Səfərov, məktəb direktorları, pedaqoji heyət, şəhid ailələri və valideynlər iştirak ediblər.
Qonaqlar əvvəlcə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi və yaradıcılıq nümunələri ilə tanış olub, həmçinin STEAM dərsləri çərçivəsində hazırlanmış innovativ layihələrə baxış keçiriblər.
Çıxışlarda məktəb, ailə və ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin təhsilin inkişafında mühüm rol oynadığı vurğulanıb. Natiqlər açıq dialoq platformalarının məktəblərin real ehtiyaclarının müəyyənləşdirilməsinə, müəllim nüfuzunun qorunmasına, məktəb-icma əlaqələrinin genişlənməsinə və təhsil mühitində sağlam ictimai münasibətlərin formalaşmasına töhfə verdiyini bildiriblər. Eyni zamanda, medianın təhsil sahəsində tərəfdaş rolunun əhəmiyyəti və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş çərçivəsində şagirdlərin ifasında müxtəlif bədii kompozisiyalar da təqdim olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyəti üzrə ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın artırılmasıdır
media-1 media-2 media-3 media-4 media-5 media-6 media-7 media-8 media-9 media-10 media-11 media-12 media-13

media-728x90banner

Bənzər xəbərlər